Daha bir deputat bahalaşmadan şikayətçidir

  • By admin
  • 17 Mart 2021 09:08

Son 3 ayda ərzaq və tikinti materiallarının qiyməti hədsiz artıb. Pandemiya zamanı insanlar işlərini itiriblər. 1292 nəfərə işsizlikdən sığorta ödənişi edilib. İşsiz əhalinin sayı kifayət qədər atrmaqdadır”.

 

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bu gün keçirilən plenar iclasında deyib. O bildirib ki, Azərbaycanda sosial problem acınacaqlı vəziyyətdədir: “Bu gün hər üç nikahdan biri boşanma ilə nəticələnir. Ölkədə 47 olimpiya kompleksi fəaliyyət göstərir. Ancaq onların əksəriyyətinin qapısı bağlıdır”.

 

Gununsesi.info