Deputat: “8 mart Azərbaycan cəmiyyətində qadına hədiyyə çatdırma günüdür

Milli Məclisin deputatı Fazil Mustafa sosial şəbəkə hesabında 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə münasibətilə maraqlı paylaşım edib.

Avropa və Azərbaycan cəmiyyətinin bu bayrama münasibətində paralellik aparan deputat yazır:

8 Mart Avropa cəmiyyətində qadına hüquqlarını xatırlama və xatırlatma günüdür.

8 mart Azərbaycan cəmiyyətində qadına hədiyyə çatdırma günüdür.

Burada uyğunluq bilirsiniz nədir: məkan, obyekt və predmet adlarının hamısı eyni hərflə başlayır.

Hüquq və azadlıqlarını xatırlayan, xatırladan, tələb edən xanımlarımızı Qadınların Hüquq günü münasibəti ilə, sadəcə 8 marta sıradan Qadınların Xatırlanma Günü kimi kimi baxanları da bayram münasibəti ilə qutlayıram.

 

Gununsesi.info