DİN rəsmisi Eyvazlı və İmamverdilərdən fotolar paylaşdı

  • By admin
  • 15 Noyabr 2021 17:44

“Daxili işlər orqanlarının əməkdaşları işğaldan azad olunan bütün ərazilərdə ictimai qaydanın və ictimai təhlükəsizliyin keşiyindədir”.

Gununsesi.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Kütləvi İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev sosial şəbəkədə yazıb.

O, eyni zamanda həmin ərazilərdən fotolar paylaşıb.

Fotolar Qubadlı rayonunun Eyvazlı kəndindən çəkilib. Azərbaycanın bu kəndini ermənilər təhvil vermək istəmirdilər.

Gununsesi.info