Doqquz millət vəkili aclıq aksiyasına başladı

  • By admin
  • 15 Noyabr 2021 18:24

Gürcüstan parlamentinin doqquz müxalifətçi deputatı Mixail Saakaşvilinin klinikaya aparılmasını tələb etməklə aclıq aksiyasına başladı.

Gununsesi.info xəbər verir ki, bu barədə  qanunverici orqandakı Vahid Milli Hərəkatın liderlərindən biri Davit Kirkitadze açıqlama verdi.

Deputatlar aclıq aksiyasına başlayırlar: Davit Kirkitadze, Akaki Minaşvili, Temur Canaşia, Baçuki Kardava, Nika Maçutadze, Qiorqi Qodabrelidze, Sulxan Sibaşvili, Levan Bejaşvili, Abdulla İsmayılov.

12 gündür aclıq aksiyası keçirən Droa siyasi partiyasının lideri Elene Xoştariya Mixail Saakaşvilinin vəziyyəti ilə bağlı həkimlərə müraciət edib.

Məlumat üçün bildirək ki, Gürcüstanın sabiq prezidenti etiraz əlaməti olaraq 45 gündür aclıq aksiyası keçirir və aclıq aksiyasına yalnız multidissiplinar tibb müəssisəsinə köçürüləcəyi təqdirdə son qoyacağını bildirir.

Gununsesi.info