DSX-nin əsgəri vəfat etdi

  • By admin
  • 16 Noyabr 2023 12:16

Dövlət Sərhəd Xidmətinin (DSX) müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Salmanlı Mirhüseyn Həsən oğlu Masallı rayon Mərkəzi Xəstəxanasında müalicədə olarkən həkimlərin göstərdiyi bütün səylərə baxmayaraq, 16 noyabr 2023-cü il tarixdə xəstəlikdən vəfat edib.

Bu barədə Gununsesi.info-ya DSX-nin Mətbuat Mərkəzindən bildirilib.

“Dövlət Sərhəd Xidmətinin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir”, – məlumatda qeyd edilib.

Gununsesi.info