Ərdoğan Əhməd əş-Şaranı qəbul etdi

  • By Günel
  • 04 Fevral 2025 22:20

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Suriyanın müvəqqəti prezidenti Əhməd əş-Şara arasında Ankarada görüş başlayıb.

Gununsesi.info xəbər verir ki, ikitərəfli görüş və heyətlərarası iş yeməyindən sonra Ərdoğan və Əhməd əş-Şara birgə mətbuat konfransı keçirəcəklər.

Qeyd edək ki, Suriyanın müvəqqəti prezidenti Ankarada səfərdədir.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Suriyanın müvəqqəti prezidenti Əhməd əş-Şara arasında görüş başa çatıb.

Görüşdən sonra liderlər mətbuata açıqlamalar verirlər.