Ermənilər bu şəxsləri ORDUYA TOPLAYIR: 1 ay ərzində...

  • By admin
  • 18 Noyabr 2021 17:08

Ermənistanın Müdafiə Nazirliyi təlim-məşq toplanışları planlaşdırır.

Gununsesi.info Ermənistan mediasına istinadla xəbər verir ki, noyabrın 18-dən dekabrın 18-dək ehtiyatda olan hərbçilərin təlim-məşq toplanışı keçiriləcək.

Ermənistan hökumətinin qərarına əsasən, bir ay müddətində ilk olaraq ehtiyatda olan yüksəkrütbəli zabitlər, sonra isə kiçik rütbəli zabitlər üçün təlim-məşq toplanışı elan olunur.

Bildirilir ki, ehtiyatda olan hərbçilərin hərbi imkanlarını təkmilləşdirmək məqsədi daşıyır.
Təlim düşərgələrinə 161-i sıravi, 28-i kiçik, 13-ü isə zabit olmaqla ümumilikdə 202 ehtiyatda olan zabit çağrılacaq.

Gununsesi.info