Ermənistan sülhməramlı qoşunlarının komandanı işdən çıxarılıb

  • By admin
  • 12 Yanvar 2022 10:25

Ermənistan Müdafiə Nazirliyinin sülhməramlı qoşunlarının komandanı general-mayor Artak Tonoyan işdən çıxarılıb.

Gununsesi.info “Joğovurd” qəzetinə istinadən xəbər verir ki, bu barədə Ermənistanın müdafiə naziri Suren Papikyanın müvafiq əmr imzaladığı bildirilib.

Nəşrin məlumatına görə, onun yerinə əvvəllər Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsində işləmiş daha gənc hərbçi təyin edilib.

Bildirilib ki, müdafiə naziri Suren Papikyan A. Tonoyana yeni vəzifə təklif edib.

Məqalədə qeyd olunub ki, onun işdən azad edilməsi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı tərkibində Ermənistan sülhməramlılarının Qazaxıstana göndərilməsi ərəfəsinə təsadüf edib.

Gununsesi.info