Ermənistanın KTMT ilə bağlı mövqeyini bilirik - Putin

  • Müəllif: Firuzə
  • 27 Noyabr 2025 17:53

Biz Ermənistanın KTMT ilə bağlı mövqeyini bilirik.

Gununsesi.info xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin KTMT-nin Bişkekdə keçirilən sammitindəki çıxışında deyib.

“Onlar özlərini KTMT-nin üzvləri hesab edirlər, amma bu mərhələdə görüşlərdə iştirak etməkdən çəkinirlər. Bu, onların seçimidir, biz onlarla əlaqə saxlayırıq”, – Putin bildirib.

Gununsesi.info