
Finlandiya Prezidenti Sauli Niinistö sabah Türkiyəyə gedir.
Gununsesi.info bildirir ki, iki günlük səfərində (16-17 mart) Niinistö Türkiyənin cənub-şərqinə, zəlzələ bölgəsinə də səfər edəcək.
İstanbulda isə Finlandiya Prezidenti türkiyəli həmkarı Ərdoğanla görüşəcək.
“Zəlzələdən sonra bərpa işləri, geosiyasi vəziyyət, Finlandiya ilə Türkiyə arasında ikitərəfli münasibətlər, Finlandiya və İsveçin NATO-ya üzvlüyü müzakirə mövzularıdır”.
Məlumatı Finlandiya Prezidentinin Ofisi yayıb.
Afət