Forbes dünyanın ən zəngin varislərinin adını açıqlayıb

“Forbes”in bu dəfə milyaderlər siyahısında ümumi sərvəti 5 trilyon dollar olan 934 milyarder varisin adı var.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, “Forbes”in qiymətləndirməsinə görə, dünyanın ən zəngin insanlarının təxminən 30%-i sərvətlərini miras qoyub. Jurnal 10 ən varlı ailə irsinin nümayəndəsi haqqında məlumat yayıb.

 

 1. Mukeş Ambani

66 yaşlı hindistanlı Mukeş Ambani neft-kimya, neft və qaz, telekommunikasiya və pərakəndə satış sahələrini əhatə edən böyük bir imperiyanı idarə edir. Asiyanın ən varlı adamı hesab olunan Mukeşin ümumi sərvəti 16 milyard dollar təçkil edir.

2. Francoise Bettencourt-Myers
70 yaşlı fransız qadın Fransuaza Bettencourt-Myers L’Oréal səhmlərinin 33%-nə sahibdir və ailə investisiya şirkəti Tethys Invest-in sədr müavini vəzifəsini icra edir. O, anası Liliana Betankurun ölümündən sonra dünyanın ən zəngin qadını olub. Onun sərvəti 99,5 milyard dollardır.

3. Jim Walton 

75 yaşlı Jim Walton Walmart-ın 12%-nə sahibdir və ailə bankı olan Arvesti idarə edir. Son bir ildə onun və bacılarının sərvəti şirkətin səhmlərinin artımı sayəsində 58 milyard dollar artıb. Ümumi sərvəti 78,4 milyard dollar təşkil edir.

4. Rob Walton 
79 yaşlı amerikalı Rob Uolton Walmart-ın direktorlar şurasında işləməyə davam edən NFL-in Denver Broncosunun ən böyük sahibidir. Klubunun dəyəri 5,1 milyard dollar təşkil edən milyarderin ümumi sərvəti  77,4 milyard dollardır.

5. Alice Walton 
74 yaşlı Alice Walton Walmart-ın yaradıcısının yeganə qızıdır. Ailə biznesini tərk edərək Arkanzasda Kristal Körpülər Amerika İncəsənət Muzeyini qurdu. Sərvəti 72,3 milyard dollar təşkil edir.

6. David Tomson

66 yaşlı Devid Tomson atasının ölümündən sonra Thomson Corporation-ı sahibinə çevrilib. Sərvəti 66 milyard dollardan çoxdur.

7. Julia Koch
61 yaşlı Julia Koch və uşaqları əri vəfat etdikdən sonra Koch Industries şirkətinin 42%-ni mirasına sahibdir. O, həmçinin bir şirkətin və xeyriyyə fondunun direktorlar şurasında vəzifədədir. Sərvəti 64,3 milyard dollardır.

8. Covanni Ferrero
59 yaşlı Giovanni Ferrero atasının ölümündən sonra Ferrero Group səhmlərinin təxminən 75%-ni mirasına sahib olub. O, 20 il şirkətə rəhbərlik edib. Onun sərvəti 43,8 milyard dollardır.

 

9. Mark Mateschitz
31 yaşlı Mark Mateschitz atası öldükdən sonra milyarder olub, Red Bull-un və digər aktivlərinin 49%-ni miras qoyub. Ötən il ərzində şirkətin dividendləri ona 630 milyon dollar qazandırıb. Xalis sərvəti 9,6 milyard dollar.

10. Jaklin Mars
84 yaşlı Jaklin Mars atası öldükdən sonra “Mars” şirkətinin bir hissəsi ona miras qalıb. Təqaüdə çıxana qədər 20 il biznesin inkişafı ilə məşğul olub. Sərvəti 38,5 milyard dollardır.

 

 

 

 

Şəbnəm

Gununsesi.info