Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin nəvəsinin toy məclisində iştirak edən şəxslərlə bağlı yazdığımız xəbərlərin birində, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədovanın da iştirak etdiyi qeyd olunurdu.
Lakin həmin üniversitetin Mətbuat və informasiya şöbəsinin müdiri Nəcibə Mirzəyeva Gununsesi.info-nun elektron poçtuna məktub yollayıb.
Həmin məktubu təqdim edirik:
“Hörmətli redaktor!
Saytınızda AMEA-nın prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyu ilə bağlı yayınlanmış xəbərdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədovanın da iştirak etdiyi qeyd olunub. Sizə bildirmək istəyirik ki, xəbər yanlışdır. Gülçöhrə Məmmədova sözügedən toy məclisində iştirak etməyib. Xahiş edirik ki, həmin xəbərə təkzib verəsiniz.
Hörmətlə,
AzMİU-nun Mətbuat və informasiya şöbəsinin müdiri Nəcibə Mirzəyeva”
Gununsesi.info












