Həbs edilən həkim FHN -nin işçisi deyil -KƏMALƏDDİN HEYDƏROV

  • By admin
  • 24 Aprel 2021 20:27

Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov  rəhbərlik etdiyi qurumun Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkimi  İmran Ağayevin həbsinə münasibət bildirib.

 Gununsesi.info xəbər verir ki, Unikal.org-a açıqlama verən Kəmaləddin Heydərov həbs edilən baş həkimin FHN-nin əməkdaşı olmadığını deyib:

“O, bizim işçimiz deyil. Həbs edilən Baş həkim və əməkdaşları TƏBİB-lə müqavilə əsasında işləyib. Bizdə pul nə gəzir ki, onları maliyyələşdirək? Həmin Modul Tipli Hospitalı dövlət maliyyələşdirir”.

Nazir korrupsiya ilə bağlı da fikirlərini bildiib:

“Korrupsiya elə bir şeydir ki, gənc, yaşlı tanımır. Kimin qanında varsa, o işlə məşğul olur”.

Gununsesi.info