Hər əlində 6 barmağı ilə insanları heyrətə salan uşaq – VİDEO

  • By admin
  • 27 Avqust 2020 18:26

Hindistanın Kəşmir şəhərində yaşayan 12 yaşlı Feyzan Əhməd Nəcərin hər əlində 6 barmağı var, lakin bu çatışmazlıq ona kriketdə və mobil oyunlarda uğur qazanmağa kömək edir.

Gununsesi.org big.az-a istinadən bildirir ki, bu barədə “Daily Mail” yazır.

Bundan əlavə, artıq barmaqlar sayəsində Feyzan ağaclara daha sürətli dırmaşır.

O, hələ iki yaşında olarkən həkimlər artıq barmaqları amputasiya etməyi təklif ediblər, lakin valideynləri razılıq verməyiblər. Feyzanın anasının sözlərinə əsasən, onlar müqəddəs bildikləri insanla məsləhətləşiblər və o, əməliyyatdan sonra uşağın kor ola biləcəyini deyib.

Nəcər polidaktiliyadan utanmadığını deyir və bunun ona həyatda uğur qazanmasına mane olmayacağına ümid edir.

“Mən həkim olmaq istəyirəm. Belə qüsurlarla doğulan pasiyentləri müalicə edəcəyəm ki, heç kim onları məsxərəyə qoymasın. Şükürlər olsun ki, kənddə yaşadığım üçün mən özüm nadir hallarda belə münasibətlə üzləşmişəm”, – oğlan danışıb.

Məqaləyə dair fotomateriallar:

Gununsesi.org