Hüseyn Abdullayev: "Dayana bilmirəm, bitirin bu işi getsin"

Həbsdə olan keçmiş deputat Hüseyn Abdullayevin 6 illik cəzasının başa çatmasına 40 gün qalmış onun barəsində başlanmış yeni cinayət işi üzrə məhkəməsi davam edir.

Gununsesi.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyilə keçirilən prosesdə şahidlərin dindirilməsi mərhələsidir.

Təqsirləndirilən Hüseyn Abdullayev səhhətindəki problemlərlə əlaqədar məhkəməyə gətirilmir. O, saxlandığı Bakı İstintaq Təcridxanasından videokonfrans vasitəsilə məhkəməyə qatılır.

Məhkəmə zamanı Hüseyn Abdullayev hakimə müraciət edərək, məhkəmə prosesinin tezləşdirilməsini və yekun hökmün verilməsini istəyib: “Hamısı şər-böhtandı, bir dənə dəlil-sübut yoxdur. Vəziyyətim pisdir, dayana bilmirəm. Bitirin bu işi getsin, nə hökm verirsiniz verin”.

 

 

Gununsesi.info