İki paracüdoçumuz Tokio-2020-nin finalında

  • By admin
  • 27 Avqust 2021 09:14

Daha bir paracüdoçumuz “Tokio-2020” Yay Paralimpiya Oyunlarının finalına yüksəlib.

Gununsesi.info xəbər verir ki, 48 kiloqram çəki dərəcəsində çıxış edən qadın paracüdoçumuz Şəhanə Hacıyeva yaponiyalı Şuzika Hanqai və Viktoroya Potapovaya (Rusiya Paralimpiya Komitəsi) qalib gələrək qızıl medal uğrunda görüşə çıxacaq.

Onun rəqibi Fransa təmsilçisi Sandrine Martinet olacaq.

Digər qadın paracüdoçumuz Bəsti Səfərova (52 kq) isə ilk görüşdə Yui Fucivaraya (Yaponiya) uduzub. Rəqib finala yüksəldiyi üçün təmsilçimiz təsəlliverici görüşə çıxsa da, ukraynalı Nataliya Nikolayçikə məğlub olaraq Paralimpiadanı medalsız başa vurub.

Gununsesi.info