İrəvandan Tbilisiyə növbəti ZƏRBƏ: Səsvermədən qaçdı...

  • By admin
  • 09 İyun 2022 14:12

BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 76-cı sessiyası çərçivəsində Gürcüstan və 61 ölkənin təşəbbüskarı olduğu qətnamə qəbul olunub. 

Gununsesi.info Gürcüstanın Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, sözügedən qətnamə BMT Baş Assambleyasına 2008-ci ildən təqdim olunur.

“Gürcüstanın Abxaziya və Tsxinval bölgəsi /Cənubi Osetiyadan olan məcburi köçkün və qaçqınların statusu barədə” qətnaməni 95 ölkə dəstəkləyib.

Bildirilir ki, 12 ölkə qətnamənin əleyhinə çıxıb, 56 ölkə isə səsvermədən imtina edib.

Səsvermədə Rusiya sənədin əleyhinə səs verib. Azərbaycan və Türkiyə ötən illərdə olduğu kimi, Gürcüstanın təqdim etdiyi qətnaməni dəstəkləyib.

Ermənistan isə əvvəllər olduğu kimi, yenə səsvermədə iştirak etməyib.

Qeyd edək ki, qətnamə Gürcüstanın Rusiyanın işğal etdiyi bölgələrində baş verən zorakı dəyişiklikləri qınayır, etnik mənsubiyyətindən asılı olmyaraq, məcburi köçkünlərin öz evlərinə təhlükəsiz qayıtması hüququnu təsdiqləyir və onların hüquqlarına hörmətlə yanaşılmasının və qorunmasının zəruriliyini tələb edir.

Gununsesi.info