İrandan ABŞ-a KRİTİK MESAJ: Bir dəqiqə belə…

  • By admin
  • 24 Mart 2021 18:18

İran Prezidenti Həsən Ruhani ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaların ləğvi üçün bir dəqiqə belə qaçırmayacaqlarını açıqlayıb.

Gununsesi.info xəbər verir ki, Ruhani açıqlamasında İranın ali rəhbəri Ayətullah Əli Xameneinin “5 + 1” ölkələrinin nüvə anlaşması çərçivəsində götürdükləri öhdəliklərə əməl edəcəyi təqdirdə, geri dönəcəkləri barədə açıqlama verdiyini də xatırladıb.

“İrana 3 ildir haqsızlıq edilir. Bu müddətdə bizə vurulan ziyanı gündəmə gətirmirik və zərərin ödənilməsini tələb etməyəcəyik. Əgər qarşı tərəf, yəni “5+1″ ölkələri üzərlərinə götürdükləri öhdəliklərə əməl edərək İrana tətbiq olunan sanksiyalara son qoyarsa, biz də nüvə anlaşmasındakı öhdəliklərimizi yerinə yetirəcəyik”, – İran Prezidenti qeyd edib.

Qeyd edək ki, 2015-ci ildə ABŞ-Rusiya-Çin, İngiltərə-Fransa-Almaniya (5 + 1) arasında Tehranın nüvə fəaliyyətlərini tənzimləmək və nəzarət etmək barədə müqavilə imzalanıb. Donald Trampın Prezidentliyi dövründə Vaşinqton 8 may 2018-ci il tarixində müqavilədən birtərəfli şəkildə çıxıb və yenidən İrana qarşı sanksiyalar tətbiq etməyə başlayıb.

Gununsesi.info