İranın dəstəklədiyi silahlı qrup ABŞ bazalarına hücum etdi

  • By admin
  • 17 Noyabr 2023 14:52

İranın dəstəklədiyi şiə milislərin də daxil olduğu “İraq İslami Müqaviməti” adlı qrup İraqın Ərbil şəhərində ABŞ-a məxsus Hərir Hərbi Hava Bazasına hücum təşkil etdiyini açıqlayıb.

Gununsesi.info xəbər verir ki, “İraq İslami Müqaviməti” qruplaşmasından verilən açıqlamada ABŞ-a məxsus Ərbildəki Hərir Hərbi Bazasının “Qəzzadakı hücumlara cavab olaraq” pilotsuz təyyarə ilə hədəf alındığı bildirilib.

Sosial mediada yayımlanan görüntülərdə sözügedən bazanın yerləşdiyi iddia edilən ərazidən tüstünün qalxdığı görülüb.

Sözügedən milis qrupu daha əvvəl İraqın qərbindəki Ayn əl-Əsəd hərbi hava bazası ilə yanaşı, Həriri də hədəf aldığını açıqlamışdı.

Digər tərəfdən, İraq Kürk Regional Rəhbərliyinin (KRG) terrorla mübarizə bölməsi bu gün “bomba yüklü İHA” ilə Hərir bazasına hücum təşkil edildiyini açıqlayıb.

Gununsesi.info