İsrail hərbçiləri Ramallahda “cəsur fələstinli” qızı saxladı

  • By admin
  • 06 Noyabr 2023 11:54

İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilində Ramallahda “cəsur fələstinli qız” Ahid Tamimi saxlayıb.

Gununsesi.info-nun məlumatına görə, qızın anası Nəriman Təmimi “Anadolu”ya bildirib ki, İsrail qüvvələri qızı Nəbi Salih bölgəsindəki evlərinə basqınlar zamanı saxlayıblar.

Bundan əlavə, qadının sözlərinə görə, İsrail hərbçiləri onların telefonlarını müsadirə ediblər.

23 yaşlı qızın atası da bir neçə gün əvvəl İsrail hərbçiləri tərəfindən saxlanılıb.

“Cəsur fələstinli” kimi tanınan Ahid Tamimi 2017-ci ildə İsrail qüvvələri tərəfindən həbs edilib və 8 ay həbsdə yatıb.

Qız İsrail qüvvələri tərəfindən üç dəfə yaralanıb və igidliyinə görə Hanzala mükafatı alıb.

Ahid Tamiminin Anadolu tərəfindən çəkilmiş fotoları bütün dünyada məşhurlaşıb.

Gununsesi.info