“İstefa verməyəcəyəm” – Papikyan

Ermənistanın müdafiə naziri Suren Papikyan istefa vermək niyyətində deyil.

Gununsesi.info “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı jurnalistlərə S.Papikyan açıqlayıb.

“İstefa vermək niyyətində deyiləm və orduda başladılan islahat prosesini sona qədər həyata keçirmək istəyirəm”, – deyə Papikyan qeyd edib.

Xatırladaq ki, bir müddət əvvəl Ermənistan mediası Papikyanın istefaya yollanacağı barədə məlumat yayıb. “İravunk” qəzeti Papikyanın bundan sonra öz fəaliyyətini diplomatik sahədə davam etdirəcəyini yazıb. Bildirilib ki, Suren Papikyan və ölkənin Baş naziri Nikol Paşinyan artıq bu barədə razılığa gəlib və müvafiq qərar birlikdə verilib. Hətta Paşinyanın Papikyanın əvəzinə müdafiə naziri olaraq Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyanı təyin etməyi planlaşdırdığı qeyd olunub.

 

Gununsesi.info