İsveç Türkiyənin qərarını gözləyir

  • By admin
  • 01 İyun 2023 16:01

NATO və ABŞ-dan ard-arda üzvlüyü dəstəkləyən açıqlamalar səsləndirməsindən sonra iyulun 11-12-də keçiriləcək NATO zirvəsinədək üzv olmaq istəyən İsveç rəsmi Ankaranın verəcəyi gözləyir.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, İsveçin Baş naziri Ulf Kristerson “Financial Times” üçün qələmə aldığı yazısında Türkiyənin NATO-ya giriş üçün dəstəyini zəmanət altına almağa yönəlik bir anlaşmanın “son bölümünü” yaratdığını yazır.

“İsveçin NATO üzvlüyü üçün müraciətini ciddi bir şəkildə dəyərləndirməyin zamanı gəldi. İsveçin NATO xaricində qalmasından, sadəcə Vladimir Putin qazanclı çıxacaq”, – deyə Kristerson bildirib.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info