İxtisas seçiminin nəticələri bu tarixdə elan olunacaq

  • By admin
  • 23 Avqust 2021 16:29

“Avqustun 30-da ixtisas seçimi başa çatacaq, 3-4 gün ərzində yoxlamalar bitəndən sonra ali məktəblərə ixtisas seçiminin nəticələri elan olunacaq”.

Gununsesi.info xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

DİM sədri bildirib ki, sonra boş qalan yerlərə və kolleclərə ixtisas seçimi elan olunacaq: “Yəqin ki, bu, sentyabrın 5-6-da olacaq”.