Bakıda “Jurnalistlərin binası” adlandırılan yaşayış binasında təhlükəli anlar yaşanıb.
Hadisə şahidlərinin Gununsesi.info-ya verdiyi məlumata görə, içərisində bir neçə nəfərin olduğu lift anidən yuxarı mərtəbədən sürətlə aşağı enib.
Ancaq xoşbəxtlikdən liftin sürətli hərəkəti sonradan dayanıb.
Liftə olan jurnalist Elnur Məmmədli də olayla bağlı sosial şəbəkə hesabında yazıb.
Jurnalistin qeydlərini təqdim edirik:
Dünən axşam uşaqlarla ölümdən döndük. Jurnalistlər binası II-də, A blokunun lifti 10-cu mərtəbəyə çatanda titrəməyə başladı və qəflətən sürətlə 9-cu mərtəbəyə endi.
Bir anlıq gözümün qarşısına lift faciələri haqda yazdığım, oxuduğum xəbərlər gəldi. Yaxşı ki dayandı. Uşaqların çığırtısı hələ də qulaqlarımdadır. Problem təcili həll edilməsə o liftdə yaxın günlərdə hadisə baş verəcəyini gözləyirəm.
Aidiyyatı qurumların tədbir görməsinə ehtiyac var.
Şəbnəm Rəhimova
Gununsesi.info