Kadi 2 ay oynaya bilməyəcək - FOTO

  • Müəllif: Firuzə
  • 06 Noyabr 2025 15:42

“Çelsi” ilə oyunda zədələnən “Qarabağ”ın yarımmüdafiəçisi Kadi Borgesin durumuna aydınlıq gəlib.

Gununsesi.info  xəbər verir ki, yarımmüdafiəçi oyundan dərhal sonra müayinədən keçib.

Müayinənin nəticələrinə əsasən, futbolçunun sol fibulasında sınıq aşkarlanıb.

Həkimlərin ilkin proqnozuna görə, Kadi Borgesin müalicə və bərpa prosesi təxminən 8–10 həftə davam edəcək.

 

Gununsesi.info