Kanadanın qadınlardan ibarət hokkey millisi dünya çempionu olub

  • By ilhame
  • 15 Aprel 2024 13:59

Kanadanın qadınlardan ibarət hokkey millisi ABŞ-nin Nyu-York şəhərində keçirilən dünya çempionatının qalibi olub.

 

Gununsesi.info xəbər verir ki, finalda ABŞ yığması ilə qarşılaşan kanadalılar əlavə vaxtda vurduqları qolla 6:5 hesablı qələbəyə seviniblər.

 

Üçüncü yer uğrunda görüşdə Finlandiya Çexiyaya qalib gəlib – 3:2.

 

Qeyd edək ki, Kanada millisi 13-cü dəfə dünya çempionu olub. ABŞ-nin hesabında 10 titul var. Şimali amerikalılardan başqa heç bir komanda mundialı qazanmayıb.

Gununsesi.info