Kruiz gəmisində yayılan virus üç nəfərin həyatına son qoydu

ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri MV Hondius gəmisində qeydə alınan hantavirus yayılmasını aşağı səviyyəli fövqəladə vəziyyət kimi qiymətləndirib.

Gununsesi.info  xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb.

Bildirilib ki, mövcud status əhali üçün riskin aşağı səviyyədə olduğunu göstərsə də, səhiyyə orqanları vəziyyəti nəzarətdə saxlamaqda davam edir.

Mayın 4-də “World Health Organization” Hollandiyaya məxsus MV Hondius kruiz gəmisində hantavirusun yayılmasının aşkarlandığını açıqlayıb.

Məlumata görə, gəmi Argentinadan Atlantik okeanı vasitəsilə Kabo-Verde adalarına doğru hərəkət edib. Hazırda virusa yoluxanların sayı doqquz nəfərə çatıb, onlardan üçü həyatını itirib.

“The New York” Post yazıb ki, gəmidə ABŞ-nin California ştatından olan sərnişinlər də olub.

Hazırda aidiyyəti qurumlar gəmidən endikdən sonra səhiyyə orqanları ilə əlaqə saxlamayan 20-dən çox şəxsi axtarır.

Tibbi nəzarətə cəlb edilən şəxslərdə isə hantavirus simptomlarının müşahidə olunmadığı bildirilib.

Gununsesi.info