Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Gununsesi.info xəbər verir ki, hadisə Vaqif küçəsində qeydə alınıb.
Belə ki, Rüstəm Şahin oğlu İsmiyevin sükanı arxasında olduğu BMV markalı avtomobil əvvəlcə qarşıdakı VAZ-2106 markalı avtomobilə, daha sonra isə yol kənarındakı maşın ehtiyat hissələri satılan mağaza çırpılıb.
Nəticədə sürücü aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən dünyasını dəyişib.













