Lavrov: Zelenski Hitlerə bənzəyir, yəhudi qanı var

  • By admin
  • 02 May 2022 15:17

Adolf Hitlerin də yəhudi qanı var idi. Ən qızğın antisemitlər adətən yəhudilər millətindən olur.

Gununsesi.info xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“O (Prezident Vladimir Zelenski – red.) bir arqument irəli sürür: əgər o, yəhudidirsə, onların hansı nasizmi ola bilər. Mən səhv edə bilərəm, amma Hitlerdə də yəhudi qanı var idi. Bu, tamamilə heç nə demək deyil. Müdrik yəhudi xalqı deyir ki, ən qızğın antisemitlər adətən yəhudilərin içindən çıxır”,- deyə Lavrov bildirib.

Lavrovun Hitlerin “yəhudi qanı” ilə bağlı qalmaqallı açıqlaması və Kremlin bu cür bəyanatları İsraili hiddətləndirib. İsrailin xarici işlər naziri Yair Lapid Lavrovun sözlərini “bağışlanmayan, hədsiz və kobud tarixi səhv” adlandırıb.

Gununsesi.info