Xəbər verdiyimiz kimi, bu gün Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Raul Rəhimov məktəbin önündə qətlə yetirilib.
Gununsesi.info-nun əldə etdiyi ilkin məlumata görə, hadisəni törədən şəxs də məktəblidir. Qətlin məktəblilər arasında yaranmış mübahisə zəminində baş verdiyi iddia edilir.
Hazırda cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin müəyyən edilərək saxlanılması istiqamətində prokurorluq və polis əməkdaşları tərəfindən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri aparılır.
Qətlə yetirilən 11-ci sinif şagirdinin fotolarını təqdim edirik: