“Gəldiyimiz nəticələrə əsasən belə qənaətə gəlmək olur ki, mənzillərə ayrılan maliyyə payı aşağıdır”.
Gununsesi.info xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Mənzil Maliyyələşdirməsi üçün Yeni Bir Saziş” sessiyasında UN-Habitat-ın icraçı direktoru Anaklaudia Rossbax deyib:
“Bəzi ölkələrdə bu sahədə maliyyə məsələləri daha geniş şəkildə tənzimlənsə də, bir çox hallarda insanlar lazımi dəstəyi ala bilmirlər. Buna görə sosial icmaların gücləndirilməsi və bu istiqamətdə dəstəyin artırılması vacibdir.
Mənzil məsələsinə yanaşarkən ilkin ödənişlər də nəzərə alınmalıdır. Mənzil sahəsi bir sənaye kimi uzun dəyər zəncirinə malikdir. Bu sahəyə yatırımların artması ümumi iqtisadi fəallığa müsbət təsir göstərə bilər və nəticədə insanların gəlirlərinin yüksəlməsinə şərait yaradar”.
Şəbnəm











