“Mənliyinizə bir az hörmət edin” -Oksana

  • By admin
  • 22 Sentyabr 2022 14:18

Dostluğumda olan bəzi “dostlar”, statuslarınızı oxumaqdan bezdim. Özününzə, mənliyinizə bir az hörmət edin.

Gununsesi.info xəbər verir ki, bu sözləri aktrisa Oksana Rəsulova instaqramda paylaşıb.

Aktrisa onun Şəhriyarla münasibətlərini şərh edən və barışmasını istəyənlərə mesaj göndərib. O, qəti şəkildə bildirib ki, barışıqdan söhbət gedə bilməz:

“Hər kəs öz yerində, işində-gücündədir. Bir də ki, məndən ümidinizi kəsin. Bitdi, bitib, özü də çoxdan. O yazdığınız statusları isə öz beyninizə yeridin, məndən uzaq olun. Yetər artıq! Rahat buraxın məni, bezdim”.

Daha sonra isə aktrisa məşhur yazıçı Çexovun “Sevdiyimiz insanlardan ayrılmaq intihardır” fikrinə öz münasibətini bildirib və “Sevmədiyimiz insanlardan ayrılmaq isə yenidən doğulmaqdır” yazıb.

Xatırladaq ki, Oksana Rəsulova keçən dəfə Şəhriyar Əbilovdan ayrıldığını açıqlayıb.

Gununsesi.info