Madridin mərkəzində güclü partlayış: çox sayda yaralı var

  • By admin
  • 07 May 2022 10:02

Madridin mərkəzində hündürmərtəbəli binada baş verən partlayış nəticəsində 18 nəfər xəsarət alıb, onlardan ikisi itkin düşüb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Sinxua” yazır .

İlkin məlumatlara görə, partlayışa qaz sızması səbəb olsa da, araşdırma hələ də davam edir. Yaralılardan üçünün vəziyyəti ağırdır.

Madrid meri Xose Luis Almeyda deyib ki, ölüm halları tamamilə istisna edilə bilməz..

İtkin düşən iki nəfər inşaatçılardır ki, partlayış zamanı binanın üçüncü mərtəbəsində olduqları ehtimal edilir. Xilasedicilər itlər və dronların köməyi ilə iki metrlik xarabalıq təbəqəsi altında insanları tapmağa çalışırlar.

Madrid yanğınsöndürmə xidməti rəhbərinin sözlərinə görə, partlayışdan sonra bina qeyri-sabit vəziyyətdədir, uçmaq təhlükəsi var.

Gununsesi.info