Magistraturada boş qalan plan yerlərinə QEYDİYYAT BAŞLADI

  • Müəllif: Firuzə
  • 21 Avqust 2025 11:50

Bu gündən ali təhsil pilləsinin magistratura səviyyəsinin boş qalan plan yerlərinə əlavə yerləşdirmə ilə qəbul olunan namizədlərin qeydiyyat prosesi başlayıb.

Gununsesi.info xəbər verir ki, namizədlər https://portal.edu.az/ platformasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.

Qeyd edək ki, elektron sistem üzrə qeydiyyat 28 avqust saat 18:00-da yekunlaşacaq.

Gununsesi.info