Makronla Paşinyan Tunisdə görüşəcək

  • By admin
  • 14 Noyabr 2022 12:38

Fransa Prezidenti Emmanuel Makron noyabrın 19-da Tunisdə frankofon ölkələri liderlərinin sammiti çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşməyi planlaşdırır.

Gununsesi.info xəbər verir ki, bu barədə Yelisey Sarayının mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Emmanuel Makron noyabrın 12-də Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla danışıb.

Makron Fransanın Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesini dəstəkləməyə hazır olduğunu təsdiqləyib. Prezident İlham Əliyev isə Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi prosesində bitərəf, qərəzsiz və tarazlaşdırılmış yanaşmanın vacibliyini vurğulayıb.

Gununsesi.info