Bu görüntülərin Topçubaşova aid olduğu iddia edilir - VİDEO

  • By admin
  • 14 Noyabr 2022 12:42

Parisdə 1900-cü illərə aid bir görüntü sosial mediada viral olub.

Gununsesi.info xəbər verir ki, rənglənən video Twitterdə 3 milyondan çox baxış sayı toplayıb. Diqqətçəkən məqam isə kadrlarda bir kişinin kameranı görüb ikinci dəfə onun qarşısında keçməsidir.

Digər maraqlı iddia isə sözügedən şəxslə bağlıdır. Belə ki, görüntülərdəki iş adamının Azərbaycanın görkəmli siyasi xadimi, xalqımızın diplomatiya tarixində müstəsna xidmətləri olmuş Əlimərdan bəy Ələkbər oğlu Topçubaşov olduğu iddia edilib. Onun videodan skrinşot edilmiş kollajı qısa zamanla yüzlərlə istifadəçi tərəfindən paylaşılıb.

“Hətta 1900-cü illərdə belə kameranın qarşısından iki dəfə keçən adamlar olub”, – deyə, tvitlər paylaşılıb.

Qeyd edək ki, Əlimərdan bəy Topçubaşov 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin Paris Sülh Konfransına göndərəcəyi Nümayəndə Heyətinə üzvü və sədri olub. 1919-cu ildə Parisdə Əlimərdan bəy Azərbaycanın de-fakto və de-yure tanınması üçün bir sıra vacib görüşlər keçirib.

Gununsesi.info