Mali Fransa ilə hərbi əməkdaşlığı dayandırdı

  • By admin
  • 03 May 2022 19:43

Malidəki xunta rəhbərliyi Fransa ilə müdafiə sahəsində əməkdaşlıq müqavilələrini ləğv edib.

Gununsesi.info xəbər verir ki, xunta rəhbərliyi bu barədə bəyanat yayıb.

“Fransanın Malinin suveren hüququnu müxtəlif yollarla pozması səbəbindən 2014-cü ildə Fransa ilə imzalanan müdafiə sahəsində əməkdaşlıq müqavilələri ləğv edildi. Fransanın Mali ilə məsləhətləşmədən Barkhane əməliyyatında əsgərlərinin sayını azaltmağa qərar verməsi, Barkhane və Takuba İşçi Qrupunun Maliyə xəbər vermədən fəaliyyətlərini dayandırması, hərbi təyyarələrinin icazəsiz uçuşlar etməsi Malinin suveren hüququnun pozulmasına əsasdır”, – bəyanatda bildirilib.

Gununsesi.info