Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli işçi qrupunun ilk iclasında müharibənin sona çatması üçün parametrlər müzakirə olunub.
Gununsesi.info xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Əbu-Dabidə keçirilən görüşü şərh edərkən deyib.
“Bu gün danışıqların məzmunu ilə bağlı nəticə çıxarmaq üçün hələ tezdir. Görək, sabah danışıqlar necə gedəcək”, – Zelenski vurğulayıb.
Qeyd edək ki, bu gün Əbu-Dabidə üçtərəfli görüş start götürüb.












