NATO Kosovoda hərbçilərinin sayını artırır

  • By admin
  • 10 Sentyabr 2022 18:43

NATO-nun Kosovodakı (KFOR) hərbçilərinin sayı müvəqqəti olaraq artırılacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidmətindən bildirilib.

Məlumata görə, 27 sentyabr-2 noyabr tarixlərində ehtiyat birliklər üçün keçiriləcək təlimlə əlaqədar KFOR-un əsgərlərinin sayında artım olacaq.

Sentyabrın 11-də İngiltərədən gələcək hərbi hissə təlimdən əvvəl KFOR personalı ilə uyğunlaşdırma işləri aparacaq.

Xatırladaq ki, KFOR 1999-cu ildə, Kosovo-Serbiya müharibəsindən sonra BMT Təhlükəsizlik Şurasının Kosovoda sülh və sabitliyi qorumaq üçün qəbul etdiyi qətnamə əsasında yaradılıb.

Gununsesi.info