“Nazarbayev hazırda Nur-Sultan şəhərindədir” - SƏFİR

  • By admin
  • 12 Yanvar 2022 18:54

Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev hazırda Nur-Sultan şəhərindədir.

Gununsesi.info-nun məlumatına görə, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov bunu səfirlikdə keçirilən mətbuat konfransında deyib.

N.Nazarbayevin harada olması ilə bağlı sualı cavablandırarkən səfir bir birinci prezidentin mətbuat katibi Aydos Ukivbayın sözlərini sitat gətirib.

“Elbası məşvərət görüşləri keçirir və prezident Kasım-Jomart Tokayevlə daim əlaqədədir. Bundan başqa, N.Nazarbayevin bir sıra ölkə rəhbərləri ilə telefon danışıqları olub”, – deyə səfir bildirib.

 

 

Gununsesi.info