Nazim Bəydəmirliyə 4 ay həbs verildi

Bu dəqiqələrdə Nərimanov Rayon Məhəkəməsində sabiq deputat, iş adamı Nazim Bəydəmirlinin barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Gununsesi.info-nun xəbərinə görə, sabiq deputat Cinayət Məcəlləsinin 182 (hədə- qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunur.

Nazim Bəydəmirli məhkəmədə günahsız olduğunu bəyan edib, ittihamı rədd edib.

Qeyd edək ki, Nazim Bəydəmirli Gədəbəydəki etiraz aksiyasında vətəndaşları dəstəkləyib.

 

Gununsesi.info