Neftimiz ucuzlaşdı

  • By admin
  • 04 May 2022 10:29

Dünya bazarında Azərbaycan nefti ucuzlaşıb.

Gununsesi.info xəbər verir ki, “Azeri Light” markalı neftin 1 barelinin qiyməti 1,92 ABŞ dolları, yaxud 1,70 % azalaraq 110,70 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Gununsesi.info