Hər şey Bavariya Dövlət Şurasının üzvü həyat yoldaşı ilə getdiyi Dubayda Nusretin “Nusr- Et” restoranına baş çəkdikdən sonra başladı. Restoranda qızıl ilə örtülmüş bifteklə birlikdə 230 avro dəyərində şərab içən deputat bununla kifayətlənməyərək, həmin anı Nüsrətlə çəkdirərrək sosial media hesabında paylaşıb. Fotonu görənlər bu gəlirin mənbəyini araşdırmaq üçün ayağa qalxdıqda qalmaqal yaranıb.
Gununsesi.info xəbər verir ki, Dubayda qızılla örtülmüş biftek yeyən və Nusret Gökçe ilə foto çəkdirən millət vəkilinin yaratdığı skandal Almaniyanı sarsıdıb.
Daniel B-nin sərvətini araşdıran müstəntiqlər 1,3 milyon avro dəyərində fırıldaqçılıq şəbəkəsini aşkar ediblər.
Onun yüksək xərcləri və sosial şəbəkələrdəki paylaşımları müstəntiqləri hərəkətə keçirməyə sövq etdi.
Prokurorluq Daniel B-nin qurduğu investisiya şirkəti vasitəsilə investorlardan külli miqdarda pul yığdığını bildirib. Şirkətin birja trendlərini hesablayan alqoritm hazırladığını iddia edərək insanlara “30 faiz gəlir zəmanəti” təklif etdiyi açıqlanıb. Lakin məlum olub ki, bu vədlər həqiqətəuyğun deyil və yığılan pullar dələduzluq məqsədilə istifadə olunub.
Hadisə baş verən zaman Daniel B-nin şirkətinə sərmayə qoyan yüzlərlə zərərçəkmiş prokurorluğa şikayət edib. İstintaq çərçivəsində şirkətin hesablarına həbs qoyuldu və ətraflı araşdırmalara başlanıldı.
Günel Həsənova