Nyu-Yorkda Paşinyanı ermənilər “satqın” hayqırtıları ilə qarşıladı -VİDEO

  • Müəllif: Şəbnəm
  • 24 Sentyabr 2022 13:53

Nyu-Yorkda bir qrup erməni Ermənistanın baş naziri Nikol Paşinyanı “Nikol, satqın” şüarları ilə qarşılayıb.

Gununsesi.info xəbər verir ki, onlar yüksək səslə şüarlar səsləndirərək Paşinyanla maşına yaxınlaşmağa çalışıblar.

Qeyd edək ki, Paşinyan 2 gündür Nyu-Yorkdadır və orada BMT Baş Assambleyasında çıxış edib, habelə bir sıra yüksək vəzifəli şəxslərlə görüşüb.

Gununsesi.info