Ölüm ayağında olan ömürlük məhbusu Müalicə Müəssisəsinə aparmırlar

  • By admin
  • 25 May 2023 13:30

“Siyasi məhbus, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Əmiraslanov Elçinin səhhəti kritikdir”.

Gununsesi.info bildirir ki, bunu vəkil Elçin Sadıqov açıqlamasında bəyan edib.

Vəkil deyib ki, Əmiraslanov müharibə dövrü və həbs dövründə aldığı xəsarətlərə görə əlildir:

“Lakin, özünün və ailə üzvlərinin müraciətlərinə baxmayaraq onu Penitensiar Xidmətin Müalicə Müəssisəsinə aparmırlar, kəskin ağırlardan əzab çəkir. Onun müalicəsiz saxlanıldığı hər gün işgəncəyə bərabərdir”.

Vəkil xatırladıb ki, AR Cinayət Məcəlləsinin 9.2. maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz.

Şəbnəm

Gununsesi.info