Öncə xərçəngə qalib gəldi, sonra uğur hekayətinə imza atdı

  • By admin
  • 31 Dekabr 2022 18:17

Uşaqkən xərçəng xəstəlikləri ilə mübarizə aparan körpələr yeni il tədbirlərində bircə kiçik qəhrəmalara dönüşdülər. Ailələri ilə birlikdə xəstəxanada bir araya gələrək doyunca əyləndilər, bol-bol ovqat topladılar. 16 yaşında linfoma ilə üzləşən bu gün uğurdan-uğura qaçan, keçən il Model of Models yarışında Türkiyə birinciliyini qazanan 19 yaşındakı Ecem Onutman da bu anlamlı gündə körpələrlə bilrikdə idi.

Xərçənglə mübarizə dönəmində yaşadıqlarını və ardından yazdığı uğur hekayətini tam könüldən anladan Ecem ilə tanış olun. Ecemi həm öz açıqlamalarından, həm də anası Aylın Aratın söylədiklərindən tanıyacaqsınız.

 

Gununsesi.info xarici mətbuata istinadən həmin yazını sizə təqdim edir.

Keçən il Türkiyədə keçirilən Model of Models yarışında birinciliyi qazandı. Parisdə “Miss Supertalent of The World” yarışında üçüncü oldu. Hüquq fakültəsinin tələbəsidir. “Single” çıxartmağa hazırlaşır. Bu gün 19 yaşında həyatının baharında olan Ecem Onutman uçaqlıq çağında yayğın görülən linfoma xərçəngi ilə 16 yaşında tnış olubş Öküsürək və gecə tərləmələri ilə şikayəti ilə çəkilən ağciyər filmindəki döş qəfəsindəki kölgə görülməsindən şübhələnincə, Ecem xəstəxanaya götürülür. Edilən tədqiqlər zamanın üçüncü dönəm linfoma təşxisi qoyulur. Sonra onun müalicəsi üçün sağalma dönəminə start verilir.

Ecem xəstəxana otağında həmişə güldürdü

Ecemin bu çətin dönəmdə ən pis anlarının şahidi olan anası Aylin Arat və atası Kıvanc Onutman uşaqları üçün çox üzülsələr də, gülümsəməni heç əksik etmədilər. Ecemə ümid verib, mənfi bir duyğu ötürmədilər. Anası onu gecə-gündüz evdə və xəstəxana otağında güldürməyi bacardı.

Anası Arat bunları söyləyir: “O çətin günlərdə həkimimizə etibarımızı, xəstəliyi yenə biləcəyimizə dair inancımızı bir an da olsun, itirmədik. Çox ağır kemoterapiya müalicəsi və radioterapiya dönəmlərində bütün çətinliklərə rəğmən həmişə gülməyə qayğı göstərdik. Özümü Ecemə həsr etmişdim. Xəstəxana otağında bir yandan da note-book ilə işlərimi davam etdirirdim. Dostlarımız bizə çox böyük dəstək oldular. Hər kemoterapiya sonrasında eilən PET çəkimlərində şiş gedərək azaldı və sonda hamılıqla birlikdə bacardıq.

Ecem kiçikliyindən bəri yeniyetmə kimi idi. Xəstəliyini öyrənincə asanca qəbul etdi, özünü çəkindirmədi, dim-dik ayaqda durdu”.

Sağalar-sağalmaz xəyalını qurduğum modellik üçün qolları çirmələdim

“Xəstəliyi yenməkdə müsbət olmağın çox önəmli olduğunu düşünürəm. Sağalar-sağalmaz kiçikliyimdən bəri xəyalını qurduğum modellik üçün qollarımı çirmələdim. Ancaq sağalma dönəmində kortizondan dolayı, çox kilo almışdım – 84 kq. Dieta və idmanla 9 ayda 24 kq. çəki atmağı bacardım. Modellik yürüş təhsilini aldım. Modellik akademiyasında dərs alarkən Model of Models yarışının olacağını öyrəndim və çevrəmdəkilərin israrı ilə yarışa qatıldım. Türkiyənin birincisi oldum. Sonra Parisə getdim. Miss Supertalent of The World yarışında dünya üçüncüsü oldum. Hələ də modelliyə davam edirəm. Eyni zamanda Hüquq fakültəsində ilk kursda dərs alıram. Vəkillik diplomumu almaq istəyirəm. Qısa müddət sonra “Boşnak” türküsünü səsləndirdiyim mahnı çıxaracağam. Musiqini çox sevdiyim üçün məktəb illərində il sonu nümayilərində illərlə səhnəyə çıxıb mahnıkar söylədim. Xəstəliyimin acısını çıxarır, həyatı doyunca, ancaq anlamlı işlərlə ən gözəl şəkildə yaşamağa çalışıram.

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info