Papadan şok addım: Gənc məhkumların ayağını öpdü

  • By admin
  • 07 Aprel 2023 15:29

Son dönəmlərdə problemlərdən dolayı, istefa edəcəyini yazılan və gnüdəmdən düşməyən Roma Papası Frensis Paskal öncəsində ənənəvi tədbirdə atdığı addımı ilə pzündən söz etdirib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Papa ənənəvi dua mərasimində islah evində qalan gənclərin ayaq yuyaraq öpüb.

Papa Frensis paytaxtdakı cəza evinə etdiyi hərəkəti ilə görənlərin təəccübünə səbəb olub.

Keçən həftə yuxarı tənəffüs yollarındakı mikrob səbəbi ilə xəstəxanaya yerləşdirən 86 yaşlı Papa 12 məhkumun ayağını yuyaraq öpüb.

10 ildir ki, işinin başında olan Papa Frensis ənənəvi ayaqyuma mərasimində qadınları və Katolik olmayanları daxil edən ilk Papa olaraq diqqətləri üzərinə çəkmişdi. Son tədbirdə Papanın ayaqlarını yuyub-öpdüyü adamlar arasında Seneqal əsilli 1 müsəlman və iki qadın da yer alıb.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info