Müxalifət partiyası olan “Çiçəklənən Ermənistan”ın lideri Qaqik Tsarukyan, Baş nazir Nikol Paşinyan və dövlət televiziya yayımçısına qarşı məhkəməyə müraciət edib.
Gununsesi.info bu barədə xarici mediaya istinadən məlumat verir.
Tsarukyan telekanaldan onun siyasi qüvvəsinin keçmiş prezident Robert Koçaryanın “göstərişi ilə” yaradıldığı barədə yayılan məlumatların təkzib edilməsini tələb edir.
Bundan əlavə, siyasətçi mediadan 32,5 min ABŞ dolları məbləğində təzminat və məhkəmə xərclərinin ödənilməsini istəyir.
Baş nazirə gəldikdə isə, Tsarukyan onun haqqında səsləndirdiyi fikirlərin təkzib olunmasını tələb edir.
Bildirilir ki, Paşinyan onu cinayətkar, casus və agent adlandırıb, həmçinin kriminal sövdələşmə təşkil etməkdə və Ermənistan xalqını talamaqda ittiham edib.
Bundan başqa, Tsarukyan böhtan və təhqirlər nəticəsində ona vurulduğu iddia edilən mənəvi zərərə görə baş nazirdən 24,5 min ABŞ dolları məbləğində kompensasiya tələb edir.
Maqsud
Gununsesi.info












