Paşinyanın rəqiblərinə sərt mesajı -Onları tarixə mıxlayın

Seçki kampaniyası çərçivəsində Nikol Paşinyan rəqibləri haqqında sərt mesaj verib: “Yeni bir yalan, yeni axmaq təxribat… Guya biz Ermənistana 300 min azərbaycanlı gətirməyə hazırlaşırıq. Təsəvvür edin: bu videonun TikTok, Facebook, Instagram və televiziyada reklamına 85 min dollar xərclənib, ümumi xərclər isə 200-300 min dollara çatır.

Amma… Ermənistan tarixində ilk dəfə olaraq, 2025-ci ildə ölkədən mühacirət dayandı. Repatriasiya prosesi başladı. Ermənilər Ermənistana qayıdırlar.

Levon Ter-Petrosyan, Serj Sarkisyan, Robert Koçaryan — bu üçbaşlı mafiya, bu müharibə partiyası… Onlar 30 il ərzində xalqımızın gələcəyini yeyiblər, xalqımızın həyatını məhv ediblər.

2026-cı il 7 iyunda siz seçki məntəqələrinə gedəcəksiniz və bu paslı mismarla həmin mafiyanı tarixinin rüsvayçılıq dirəyinə son dəfə mıxlayacaqsınız.

Gununsesi.info