Payız bu tarixin bu saatında ölkəmizə daxil olur

Bu il payız fəsli Azərbaycana sentyabrın 23-də, Bakı vaxtilə saat 05:03-də daxil olacaq. Payız gecə-gündüz bərabərliyi ilə Yer kürəsinin şimal yarımkürəsində payız fəsli başlayacaq.

Gununsesi.info bildirir ki, bu barədə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının saytında bildirilib.

Məlumata görə, bu zaman gecə ilə gündüz bərabərləşəcək. Günəş ekliptika üzrə hərəkət edərək şimal yarım kürəsindən cənub yarımkürəsinə keçəcək və həmin andan şimal yarımkürəsində payız fəsli başlayacaq.

Şimal yarımkürəsində payız fəsli dekabrın 22-ə qədər davam edəcək. Dekabrın 22-i saat 01:48-də qış fəsli payızı əvəz edəcək. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətiricək. Bu zaman Günəş üfüqdən minimum hündürlükdə (26⁰.2) olur. Həmin gün ən qısa Gündüz və ən uzun Gecə olacaq. Gündüzün uzunluğu 9 saat 17 dəq. 22 san., gecənin uzunluğu isə 14 saat 42 dəq. 38 san. olacaq.

Gununsesi.info